
"Horizon Avropa" Proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək
21 İyul 2023
Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin "Horizon Avropa" Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə növbəti təlimlərin və fərdi məsləhələtlərin təşkil edilməsi nəzərdə tutulub.
26-27 sentyabr 2023-ci il tarixlərində layihələrin hazırlanması üzrə keçiriləcək təlim Azərbaycandan olan tədqiqatçılar və innovatorlara "Horizon Avropa" Proqramının yeni çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması, onların Avropa tədqiqat və innovasiya şəbəkəsinə inteqrasiya olunması üçün köməklik göstərilməsinə yönəldilib. 28-29 sentyabr 2023-cü il tarixlərində keçiriləcək ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.
Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: https://horizoneuropeazerbaijan.service-facility.eu/
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə müraciət edilə bilər.
Əlaqə: (+994 12) 492 34 46, (+994 12) 492 54 93;
E-mail: [email protected]
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


