AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →ELANLAR
+A -A

“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II Beynəlxalq Elmi Konfrans keçiriləcək

13 Noyabr 2023

Hörmətli Həmkarlar!

 

8-9 dekabr 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. 

 

Konfransın məqsədi: Davamlı iqtisadı inkişafın qlobal trendləri, ekoloji dayanıqlığın təmini, sosial- iqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, dördüncü sənaye inqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması, elmi diskussiyaların aparılması və təklif olunan müvafiq həll mexanizmlərinin müzakirəsi.

 

Konfransın ideyası: Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi İnkişaf Strategiyası” və digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi.

 

Konfransın təşkilatçıları: Mingəçevir Dövlət Universiteti (Azərbaycan), Qazi Universiteti (Türkiyə, TBC), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Mikolas Romeris Universiteti (Litva), Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Ukrayna, TBC), Qırğız İqtisad Universiteti (Qırğız Respublikası), Abay adma Qazaxıstan Milli Pedaqoji Universiteti (Qazaxıstan, TBC).

 

Konfransın tərəfdaşları: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (TBC), Mingəçevir Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Universitetlər Assosiasiyası (TBC)

 

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.

 

Konfransın keçirilmə forması: Hibrid (ənənəvi və virtual)

 

Konfransın əsas mövzuları:

 

Davamlı iqtisadi inkişaf strategiyası

  • Davamlı inkişaf və yüksək iqtisadi artım
  • Qeyri-enerji sektorunun davamlı inkişaf meyilləri
  • Regionların davamlı inkişafı
  • Turizmin davamlı iqtisadi inkişafda artan rolu
  • Ölkələrarası iqtisadi əməkdaşlıqda yeni trendlər

 

Keyfiyyətli təhsil

  • İnnnovativ təhsil
  • Müasir tədris texnologiyaları
  • Ali təhsildə yeni trendlər

 

Dördüncü sənaye inqilabı

  • Rəqəmsallaşma və innovasiya cəmiyyəti
  • İnformasiya təhlükəsizliyi
  • Süni intellekt
  • Ağıllı şəhər konsepsiyası

 

Yaşıl enerji

  • Müasir enerji texnologiyaları 
  • Bərpa olunan enerji
  • Postkonflikt ərazilərdə yaşıl enerji zonaları 
  • Avropa enerji təhlükəsizliyində Azərbaycanın artan rolu

 

Təmiz ətraf mühit

  • Ekoloji tarazlıq
  • Ekoloji təmiz texnologiyalar
  • “Yaşıl kimya” konsepsiyası
  • Ətraf mühitin mühafizəsində qlobal səylər

 

Postkonflikt inkişaf çağırışları

  • Qarabağ Zəfəri və Azərbaycanın uğur modeli
  • İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış və dayanıqlı məskunlaşma konsepsiyası
  • Zəngəzur dəhlizi - beynəlxalq nəqliyyat daşımalarında yeni imkanlar
  • Qarabağın turizm potensialı

 

Humanitar elmlərdə yeni tendensiyalar

  • Sosial-humanitar elmlərin müasir cəmiyyət üçün əhəmiyyəti
  • Müasir fəlsəfi baxışlar və davamlı inkişaf konsepsiyaları
  • Multidisiplinar elmi tədqiqatların davamlı inkişafda rolu
  • Multikulturalizm, mədəniyyətlərarası dialoq
  • Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər

 

Türk dünyası

  • Müasir türk dünyasının ümumi mənzərəsi
  • Türk Dövlətləri Təşkilatı
  • Türkdilli ölkələr arasında çoxvektorlu əməkdaşlıq imkanları

 

Konfrans materiallarım tərtibat qaydaları və tələblər

  • Mətn A4 formatında (210x297 mm), MS Word proqramında Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,5; boş sahələr - hər tərəfdən 2 sm);

 

  • konfrans materialının (məqalə və ya tezislərin) mətni 3-4 səhifə həcmində olmalıdır;

 

  • mərkəzdə konfrans materialının adı (qalın şriftlərlə); müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; ökənin adı; işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı (kursivlə); e-ünvanı; telefon nömrəsi yazılmalıdır;

 

  • ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]).

 

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezisin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

 

Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq. Konfrans materiälları toplu şəklində çap olunacaqdır.

 

Təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.

 

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

 

Konfrans materialı (məqalə və tezislər) 20 noyabr 2023-cü il tarixindən gec olmayaraq elektron formada aşağıda göstərilən ünvana göndərilməlidir: [email protected]

 

Əlaqələndirici şəxs:

Vüqar Mustafayev (məsul katib)

Tel.: (+994 55) 289 12 66

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi