“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II Beynəlxalq Elmi Konfrans keçiriləcək
13 Noyabr 2023Hörmətli Həmkarlar!
8-9 dekabr 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.
Konfransın məqsədi: Davamlı iqtisadı inkişafın qlobal trendləri, ekoloji dayanıqlığın təmini, sosial- iqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, dördüncü sənaye inqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması, elmi diskussiyaların aparılması və təklif olunan müvafiq həll mexanizmlərinin müzakirəsi.
Konfransın ideyası: Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi İnkişaf Strategiyası” və digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi.
Konfransın təşkilatçıları: Mingəçevir Dövlət Universiteti (Azərbaycan), Qazi Universiteti (Türkiyə, TBC), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Mikolas Romeris Universiteti (Litva), Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Ukrayna, TBC), Qırğız İqtisad Universiteti (Qırğız Respublikası), Abay adma Qazaxıstan Milli Pedaqoji Universiteti (Qazaxıstan, TBC).
Konfransın tərəfdaşları: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (TBC), Mingəçevir Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Universitetlər Assosiasiyası (TBC)
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.
Konfransın keçirilmə forması: Hibrid (ənənəvi və virtual)
Konfransın əsas mövzuları:
Davamlı iqtisadi inkişaf strategiyası
- Davamlı inkişaf və yüksək iqtisadi artım
- Qeyri-enerji sektorunun davamlı inkişaf meyilləri
- Regionların davamlı inkişafı
- Turizmin davamlı iqtisadi inkişafda artan rolu
- Ölkələrarası iqtisadi əməkdaşlıqda yeni trendlər
Keyfiyyətli təhsil
- İnnnovativ təhsil
- Müasir tədris texnologiyaları
- Ali təhsildə yeni trendlər
Dördüncü sənaye inqilabı
- Rəqəmsallaşma və innovasiya cəmiyyəti
- İnformasiya təhlükəsizliyi
- Süni intellekt
- Ağıllı şəhər konsepsiyası
Yaşıl enerji
- Müasir enerji texnologiyaları
- Bərpa olunan enerji
- Postkonflikt ərazilərdə yaşıl enerji zonaları
- Avropa enerji təhlükəsizliyində Azərbaycanın artan rolu
Təmiz ətraf mühit
- Ekoloji tarazlıq
- Ekoloji təmiz texnologiyalar
- “Yaşıl kimya” konsepsiyası
- Ətraf mühitin mühafizəsində qlobal səylər
Postkonflikt inkişaf çağırışları
- Qarabağ Zəfəri və Azərbaycanın uğur modeli
- İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış və dayanıqlı məskunlaşma konsepsiyası
- Zəngəzur dəhlizi - beynəlxalq nəqliyyat daşımalarında yeni imkanlar
- Qarabağın turizm potensialı
Humanitar elmlərdə yeni tendensiyalar
- Sosial-humanitar elmlərin müasir cəmiyyət üçün əhəmiyyəti
- Müasir fəlsəfi baxışlar və davamlı inkişaf konsepsiyaları
- Multidisiplinar elmi tədqiqatların davamlı inkişafda rolu
- Multikulturalizm, mədəniyyətlərarası dialoq
- Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər
Türk dünyası
- Müasir türk dünyasının ümumi mənzərəsi
- Türk Dövlətləri Təşkilatı
- Türkdilli ölkələr arasında çoxvektorlu əməkdaşlıq imkanları
Konfrans materiallarım tərtibat qaydaları və tələblər
- Mətn A4 formatında (210x297 mm), MS Word proqramında Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,5; boş sahələr - hər tərəfdən 2 sm);
- konfrans materialının (məqalə və ya tezislərin) mətni 3-4 səhifə həcmində olmalıdır;
- mərkəzdə konfrans materialının adı (qalın şriftlərlə); müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; ökənin adı; işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı (kursivlə); e-ünvanı; telefon nömrəsi yazılmalıdır;
- ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]).
Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezisin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.
Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq. Konfrans materiälları toplu şəklində çap olunacaqdır.
Təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.
Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.
Konfrans materialı (məqalə və tezislər) 20 noyabr 2023-cü il tarixindən gec olmayaraq elektron formada aşağıda göstərilən ünvana göndərilməlidir: [email protected]
Əlaqələndirici şəxs:
Vüqar Mustafayev (məsul katib)
Tel.: (+994 55) 289 12 66
-
03.06.2024
9-cu Ümumdünya Yumşaq Hesablamalar Konfransı keçiriləcək -
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək