
İnteraktiv Əməkdaşlıq Robototexnikası mövzusunda 8-ci beynəlxalq konfrans keçiriləcək
25 Oktyabr 2023
25-29 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində “İnteraktiv Əməkdaşlıq Robototexnikası” mövzusunda (ICR 2023) 8-ci beynəlxalq konfrans keçiriləcək.
Konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi və Çinin Wenzhou Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək robototexnika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.
Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:
- İdarəetmədə Süni İntellekt texnologiyaları
- Robototexnika Sistemlərinə Nəzarət
- Robotik Sistemlərin Təhlükəsizliyi
- Köməkçi Robototexnika
- Birgə robototexnika
- Təhsil Robotları
- Tibbi Robototexnika
- Məişət RobotlarıKonfransın işçi dili: ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://icr.cyber.az
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


