
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
30 Aprel 2024
Hörmətli həmkarlar,
30 aprel 2024-cü il tarixində saat 11:00-da AR ETN İdarəetmə Sistemləri İnstitutunun Akt zalında Elmi seminar keçiriləcək.
Məruzəçilər: İSİ-nin 9 saylı “Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları” laboratoriyasının aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Oqtay oğlu Məstəliyev və laboratoriyanın müdiri, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov.
Mövzu: “Qeyri xətti və kvazi xətti stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib zəruri şərtlər” (Məruzənin davamı).
Xülasə: Qeyri xətti və kvazi xətti stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində müxtəlif şərtlər daxilində birinci və ikinci tərtib zəruri şərtlər alınmışdır.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


