
2024-cü il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir
16 Aprel 2024
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu (bundan sonra doktoranturaya sənəd qəbulu) elan edilir.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
https://portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 16 aprel 2024-cü il tarixində başlayacaq. 15 may 2024-cü il sənəd qəbulu üçün son tarixdir.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxslər sənədlərini portala yüklədikdən sonra elmi rəhbər təyin olunması üçün İnstituta dəvət olunacaqlar və nəzərdə tutulan elmi rəhbər onlarla müsahibə keçirəcəkdir. Elmi rəhbərin razılıq rəyi olmadığı halda iddiaçının qəbulu tamamlanmış hesab olunmur və sənəd qəbulu təsdiq edilmir. Bu səbəbdən prosesin vaxtında və operativ şəkildə həyata keçirilməsi üçün doktoranturaya qəbul olmaq istəyən şəxslərə vaxtında portalda qeydiyyatdan keçmələri tövsiyə olunur.
Əlavə məlumat üçün İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: (+994 12) 539 28 26; (+994 50) 212 13 32
E-mail: [email protected]
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


