
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
21 May 2024
21 may 2024-cü il tarixində saat 11:00-da AR ETN İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək. İclas institutun Akt zalında baş tutacaq.
Məruzəçi: İSİ-nin 1 saylı “Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları” laboratoriyasının kiçik elmi işçisi, İnstitutun fəlsəfə doktoru hazırlığı proqramının “Kompüter elmləri” ixtisası üzrə II il doktorantı Rüstəm Bakir oğlu Əzimov.
Mövzu: “Mətnlərə müəllifliyin identifikasiyası”.
Xülasə: Mətnlərin müəlliflərinin tanınması müəllifi mübahisəli bədii əsərlərin müəlliflərinin təyin edilməsi, eləcə də email məktubları, onlayn forum səhifələrindəki mətnlərin müəlliflik identifikasiyası kimi aktual tətbiqlərə malikdir.
Azərbaycan yazıçılarının yazdığı mətnlər timsalında mətnlərə müəllifliyin tanınması üçün maşın öyrənməsinin müxtəlif üsullarından istifadə olunmuş, müxtəlif növlərə aid mətn əlamətlərinin və təklif edilən əlamət seçmə prosedurlarının istifadələrinin effektivliklərinin müqayisəli təhlili aparılmışdır. Məruzədə bir neçə azərbaycanlı yazıçının azərbaycan dilində yazılmış əsərlərinin mətnləri üzərində aparılmış kompüter eksperimentlərinin nəticələri təqdim olunacaq.
-
13.03.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək -
11.03.2026
Elmi Şuranın ilk iclası keçiriləcək -
11.03.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək -
06.03.2026
14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.


