
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
11 İyun 2024
11 iyun 2024-cü il tarixində saat 11:00-da AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək. İclas institutun Akt zalında baş tutacaq.
Məruzəçi: İSİ-nin 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə fəlsəfə doktoru hazırlığı proqramının dissertantı Nigar Oktay qızı Alışzadə.
Mövzu: “Süni intellekt əsaslı surdo-tərcümə üçün 3D CNN modelinin tətbiqi”.
Xülasə: Surdo-tərcüməni süni intellekt vasitəsilə həyata keçirən sistemin işlənməsi, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyəti asanlaşdırmaq üçün çox əhəmiyyətlidir. Bu məqsədlə təqdim olunan işdə, Azərbaycan İşarə Dili üçün vizual əsaslı tanıma sistemi hazırlanmışdır. Tanıma sistemi real vaxtda Azərbaycan İşarə Dilini videodan mətnə çevirir.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


