
Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu II beynəlxalq simpoziumu keçiriləcəkdir
14 Avqust 2024
Hörmətli həmkarlar!
14-15 noyabr 2024-cü il tarixlərində keçirəcəyimiz Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda ikinci Beynəlxalq Simpoziumda iştirakınızdan məmnun olarıq. Yeni iqtisadi idarəetmə mərhələsində iqtisadi inkişafın hazırkı mərhələsində texnoloji təsisatların və innovasiyalaşan iqtisadiyyatın təmin olunmasından ibarət olan araşdırmaların səmərəli nəticələrinin müzakirə olunması və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını Naxçıvana dəvət edirik. Elmi etikaya uyğun olaraq təqdim olunan orijinal tədqiqatların yer alacağı simpoziumumuzda məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda simpozium kitabında nəşr olunacaqdır.
Simpoziuma dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: Texnopark simpozium qoshma.pdf
Mail. techcon24.ndu.edu.az
[email protected]
Tel: (036) 5440861 (1015)
(+994) 503842343 (Cavadxan Qasımov)
(+994) 703658165 (Əli Həşimov)
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


