"Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri" adlı Beynəlxalq Konfrans keçiriləcək
20 Avqust 2024Hörmətli həmkarlar!
18-20 noyabr 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə "Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri" adlı Beynəlxalq Konfrans keçiriləcək.
Cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “COP 29” ərəfəsində baş tutacaq elmi tədbirin məqsədi hərbi konfliktlərin ətraf mühitə destruktiv təsiri və ətraf mühitin reabilitasiyası üzrə təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasından ibarətdir.
Son 30 il ərzində region ölkələrində, xüsusilə postsovet məkanında baş verən hərbi əməliyyatlar bölgənin hava, torpaq və su ehtiyatlarında ciddi ekoloii fəsadlar törətmiş, iqlim dəyişmələrində mühüm rol oynayan karbon qazının təbii mübadiləsinin pozulmasına səbəb olmuşdur. Belə ki, partlayıcı maddələrdən ayrılan kimyəvi çirklənmə, məhv edilmiş texnikalardan ayrılan yanacaq və radiasiya çirklənməsi, meşə yanğınları, su resurslarının çirklənməsi, fauna və florada baş verən deqradasiya prosesləri nəticəsində insanların həyatı və ətraf mühit üçün müxtəlif risk faktorları yaranmışdır.
Sözügedən konfransın proqramına Azərbaycanda hərbi əməliyyatların baş verdiyi Qarabağ bölgəsinə tematik tur və bir sessiyanın Xankəndi şəhərində keçirilməsi daxil edilmişdir.
Qeyd edək ki, konfransda konfliktlərin yaranması səbəbləri və məsuliyyəti haqqında siyasi müzakirələrə yol verilməyəcək, onların yalnız ətraf mühitə təsiri müzakirə olunacaqdır.
Konfrans mövzuları:
I. Hərbi əməliyyatlar, istifadə olunan texnika, partlayıcı və kimyəvi vasitələr;
II. Hərbi əməliyyatlar nəticəsində yaranan meşə yanğınları, su və torpaq resurslarının çirklənməsi;
III. Hərbi əməliyyatların radioekoloii vəziyyətə təsiri;
IV. Hərbi əməliyyatların və işğal proseslərinin tarixi-memarlıq abidələrinə təsiri;
V. Ətraf mühitin deqradasiyasının iqlim dəyişmələrinə təsiri;
VI. Müharibə aparılmış ərazilərin bərpası sahəsində beynəlxalq əməkdaşlığın yaradılması.
Ətraflı məlumat üçün aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz:
(99412) 539 33 91;
(99412) 538 32 24 (112)
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək