“Kosmik Tədqiqatlar və İnnovativ Texnologiyalar” adlı elmi konfrans keçiriləcək
19 Avqust 2024Hörmətli həmkarlar!
10-11 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin təşkilatçılığı ilə agentliyin 50 illik yubileyinə həsr olunmuş “Kosmik Tədqiqatlar və İnnovativ Texnologiyalar” adlı elmi konfrans keçiriləcək.
“Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı konfransda aşağıdakı istiqamətlərdə məruzələr dinləniləcək:
- yerin məsafədən müşahidəsi;
- ekologiya, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri;
- cihazqayırma mühəndisliyi, nanotexnologiyalar, robototexniki sistemlər;
- mikroelektronika, radioelektron qurğular və pilotsuz uçuş aparatları;
- xüsusi əməliyyat texnologiyaları və sistemləri.
Konfransa sadalanan istiqamətlərdə fəaliyyət göstərən elmi-tədqiqat, istehsalat və ali təhsil müəssisələrinin, özəl təşkilatların nümayəndələri dəvət olunurlar.
Qeyd edək ki, Təşkilat Komitəsi konfransa təqdim olunan məruzələrin seçim hüququna malikdir.
Konfransın işçi dili: azərbaycan, ingilis və rus.
Konfransın keçiriləcəyi yer: Milli Aerokosmik Agentliyi.
Məruzələrin çap olunmuş və elektron variantda son təqdim olunma tarixi: 20 sentyabr 2024-cü il
Konfransın təşkilat komitəsi ilə əlaqə:
Məsul katib - Vəfa İsrafilova
Tеl: 562-82-65; 051 646-46-50.
e-mail: [email protected]
Məruzə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
1. Məruzələr azərbaycan, ingilis, rus dillərindən birində təqdim oluna bilər.
2. Məruzə MS Word proqramında, A4 formatında (sol – 3,5 sm, sağ – 2,5 sm yuxarı və aşağı - 3 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda 1 sm abzas buraxmaqla eninə hazırlanmalı, həcmi 4 səhifədən az və 8 səhifədən çox olmamalıdır.
3. Məruzə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:
müəlliflərin adı, soyadı, atasının adı (ortada), müəlliflərin iş yeri (ortada), məruzənin adı (ortada), böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, e-mail ünvanı.
4. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan göstərilməli, məruzədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnməlidir.
5. Məruzənin yazılış dilindən (azərbaycan) fərqli 2 dildə (ingilis və rus) 2-3 cümlədən ibarət xülasə yazılmalıdır.
6. Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən müsbət rəy almış məruzələr «AMAKA-nın Xəbərləri» jurnalının xüsusi nömrəsində dərc olunacaqdır.
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək