“Su ehtiyatlarının qorunması üçün ekoloji strategiyalar” mövzusunda birgə elmi seminarı keçiriləcək
30 Avqust 2024Hörmətli həmkarlar,
30 avqust 2024-cü il tarixində saat 11:00-da AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), AR Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi (MAKA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Su ehtiyatlarının qorunması üçün ekoloji strategiyalar” mövzusunda birgə elmi seminarı keçiriləcəkdir.
Cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində baş tutacaq elmi seminarda su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasında süni intellekt texnologiyalarının tətbiqi, ətraf mühitin monitorinqi strategiyaları, innovativ həllər, robototexnika və digər mövzular ətrafında dünyanın qabaqcıl alimləri tərəfindən elmi müzakirələr aparılacaq.
Hibrid formatda keçiriləcək seminarda Çinin Shaoxing Universitetinin Jean-Guy Beynəlxalq Birgə Laboratoriyasının rəhbəri, professor Jean-Guy Fontaine ÇXR-nın “Çin Milli Talant” beynəlxalq qrant proqramı çərçivəsində yerinə yetirilən Böyük su hövzələrində “İntellektual ekoloji monitorinqlərin aparılmasında suüstü və sualtı pilotsuz və robototexniki aparatların istifadəsi” layihəsi mövzusunda dəvətli məruzəçi qismində çıxış edəcək.
Seminar İdarəetmə Sistemləri İnstitutunun Akt zalında baş tutacaq.
Aşağıda qeyd olunan Zoom linki vasitəsilə tədbirə online qoşulmaq olar.
Time: Aug 30, 2024 11:00 Baku
Join Zoom Meeting
https://us02web.zoom.us/j/
Meeting ID: 845 7567 3137
Passcode: 028014
-
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.08.2024
“Su ehtiyatlarının qorunması üçün ekoloji strategiyalar” mövzusunda birgə elmi seminarı keçiriləcək -
28.08.2024
"İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfrans keçiriləcək