
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin dekabr ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək
02 Dekabr 2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2024-cü ilin dekabr ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcəkdir.
İmtahanlarda iştirak etmək istəyən doktorantlar və dissertantlar 2024-cü il dekabr ayının 10-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının ərizəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- iddiaçı İSİ-nin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu;
- dissertasiya işinin mövzusunu tam əhatə edən 20 sual (elmi rəhbərin imzası ilə).
Sənədlər İSİ-nin Təhsil şöbəsinə təqdim olunmalıdır (otaq 312).
Əlaqə nömrəsi: (+994 12) 539 28 26; e-mail: [email protected]
Qeyd: İmtahanların keçirilmə tarixi və vaxtı barədə əlavə məlumat veriləcəkdir.
-
17.02.2026
XVI beynəlxalq elmi-praktik konfrans keçiriləcək -
07.11.2025
İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək -
04.11.2025
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
31.10.2025
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək


