
İdarəetmə Sistemləri İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək
11 May 2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2025-ci ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarının yaz sessiyası keçiriləcəkdir.
İmtahanlarda iştirak etmək istəyən doktorantlar və dissertantlar 2025-ci il may ayının 12-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- iddiaçı İSİ-nin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu;
- dissertasiya işinin mövzusunu tam əhatə edən 20 sual (elmi rəhbərin imzası ilə).
Sənədlər İSİ-nin Təhsil şöbəsinə təqdim olunmalıdır (otaq 312).
Əlaqə nömrəsi: (+994 12) 539 28 26; e-mail: [email protected]
Qeyd: İmtahanların keçirilmə tarixi və vaxtı barədə əlavə məlumat elan olunacaqdır.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


