
2025-ci il üçün doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu prosesinə başlanılıb.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə) 13.05.2025-ci il tarixindən 3 həftə müddətində həyata keçiriləcək. Sənəd qəbulu 2 iyun 2025-ci il tarixində başa çatacaq.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxslər sənədlərini portala yüklədikdən sonra elmi rəhbər təyin olunması üçün İnstituta dəvət olunacaqlar və nəzərdə tutulan elmi rəhbər onlarla müsahibə keçirəcəkdir. Elmi rəhbərin razılıq rəyi olmadığı halda iddiaçının qəbulu tamamlanmış hesab olunmur və sənəd qəbulu təsdiq edilmir. Bu səbəbdən prosesin vaxtında və operativ şəkildə həyata keçirilməsi üçün doktoranturaya qəbul olmaq istəyən şəxslərə vaxtında portalda qeydiyyatdan keçmələri tövsiyə olunur.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
Əlavə məlumat üçün İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: (+994 12) 539 28 26
E-mail: [email protected]
-
26.08.2025
“Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək -
30.06.2025
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.06.2025
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.05.2025
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək