
Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
21 May 2019
11 iyun 2019-cu il saat 10:00-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509– “Kompüter elmləri” ixtisasının 4 ixtisaslaşması üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək.
İclasda t.e.d., prof. N.F.Musayevanın rəhbərliyi ilə “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə magistrant İlyas Elşad oğlu Fətəliyevin “İstehsalatda məhsulun keyfiyyətini artırmağa imkan verən intellektual online nəzarət və diaqnostika sisteminin alqoritm və proqram vasitələrinin işlənilməsi”, r.ü.f.d., dos. G.G.Abdullayevanın rəhbərliyi ilə “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistrant Zümrüd İmran qızı Məlikzadənin “Neft quyularının avadanlıqlarının texniki vəziyyətinin diaqnostikası üçün neyron şəbəkənin işlənilməsi”, r.ü.f.d., dos. Ə.B.Paşayevin rəhbərliyi ilə “İnformasiya sistemləri” ixtisaslaşması üzrə magistrant Yadigar Arif oğlu Əliyevin “Wi-Fi texnologiyaları əsasında şifrlənmiş korporativ informasiya mübadiləsinin alqoritm və proqram vasitələrinin işlənilməsi” və r.e.d., prof. K.Ş.Məmmədovun rəhbərliyi ilə “Kompüterli modelləşdirmə” ixtisaslaşması üzrə magistrant Vüsalə Cahid qızı Babayevanın “Tamədədli proqramlaşdırma məsələsinin təqribi həll üsulları, xətanın qiymətləndirilməsi və eksperimental analiz” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


