
ICT Proposer’s day 2019 Digital Excellence Forum

Hörmətli həmkarlar,
Sizə məlumat veririk ki, 19-20 sentyabr 2019-u il tarixlərində Finlandiyanın Helsinki şəhərində HORİZON2020-nin (https://ec.europa.eu/programmes/horizon2020/en/ ) müsabiqələrində iştirak etmək və layihə təklifi vermək istəyənlər üçün Avropa Komissiyasının dəstəyi ilə ICT Proposer’s day 2019 Digital Excellence Forum adlı tədbir keçirəcəkdir.
Tədbirdə iştirak üçün ec.europa.eu/digital-single-market/en/news/digital-excellence-forum-ict-proposers-day-2019 saytında qeydiyyat artıq başlanmışdır.
Tədbir Avropa sənayesi və cəmiyyətində rəqəmsal transformasiyaya təsir göstərən aparıcı qüvvələri nümayış etdirmək və müzakirələr aparmaq üçün gözəl imkandır
ICT2019 həmçinin Horizon 2020 İş proqramını təqdim edərək İKT sahəsində çalışan peşəkarları və bu sahəyə böyük maraq göstərənləri bir araya gətirən platforma olacaq.
Digital Excellence forum çərçivəsində yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə tədqiqat və rəqəmsal sahədə aparılan siyasətin roluna dair sessiyalar təşkil olunacaq. Sessiyaların məqsədi tədqiqat və innovasiyaların Avropa səviyyəsində yeni texnologiyaların yaradılması üçün əhəmiyyətini nümayış etdirmək, onun rəqabətə davamlılığını və sərbəstliyini artırmaq, ictimai problemləri həll etməkdir.
ICT Proposers’ Day 2019 əsasən Horizon 2020-nin İnformasiya Texnologoyaları, Gələcək və qabaqcıl texnologiyalar (FET) və Sosial problemlər (Societal Challenges) İş Proqramlarında nəzərdə tutulmuş növbəti müsabiqələrinə həsr olunmuşdur.
Məlumat sessiyalarında iştirakçıların İş proqramlarına, müsabiqələrin mövzularına dair sualları Avropa Komissiyası nümayəndələri tərəfindən cavablandırılacaqdır.
Tədbir Avropanın bütün ölkələrindən gəlmiş alimlər, tədqiqatçılar, sənaye və KOM-ların, eləcə də dövlət qurumlarının nümayəndələri ilə görüşüb işguzar əlaqələr qurmağa imkan verir.
Hər zaman olduğu kimi, Ideal-ist şəbəkəsi Avropa müəssisələri şəbəkəsi (Enterprise Europe Network) ilə birgə Face-2-Face əlaqələndirmə tədbiri təşkil edir.
Əlaqələndirmə tədbiri layihələri üçün partnyor axtaran alim və mütəxəssislərə müxtəlif ölkələrdən gəlmiş həmkarları ilə görüşərək üzbəüz oturub layihə ideyalarını və tədqiqat planlarını müzakirə etmək imkanı verir.
Face-2-Face tədbirində iştirak etmək üçün hər bir tədqiqatçı tədbirin saytında öz layihə təklifini qeydiyyatdan keçirməlidir. Qeydiyyatdan keçmiş iştirakçı saytda yerləşdirilən digər layihə təklifləri ilə tanış ola bilər, onun üçün maraqlı olan iştirakçılarla Face-2-Face tədbirində görüşə bilər.
Sizi ICT 2019 tədbirində iştirak etməyə və gələcək layihələr üçün tərəf müqabili tapmağa dəvət edirik.
Hörmətlə,
“Xarici Əlaqələr və İnnovasiya” şöbəsi
Əlaqə telefonu: 539-13-68
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
06.02.2025
Elmi Şuranın növbəti iclası keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək