
AMEA 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir
10 Dekabr 2019
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planına əsasən 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Daha ətraflı məlumatı bu linkdən http://www.science.az/news/open/11687 və AMEA-nın Elm və Təhsil Baş İdarəsi-nin Doktorantura şöbəsindən əldə edə bilərsiniz.
Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48,
E-mail: [email protected]
Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.
Xarici dildən imtahanlar müəyyən olunmuş proqram əsasında (proqramı buradan yükləyə bilərsiniz) Dövlət İmtahan Mərkəzi tərəfindən 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


