
“İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək
16 Mart 2020
07-09 oktyabr 2020-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək.
Qeyd edək ki, bu il 14-cü dəfə keçirilən beynəlxalq konfrans məşhur riyaziyatçı, astronom, coğrafiyaşünas və müasir cəbr elminə mühüm töhfələr bəxş etmiş dünyaşöhrətli alim Əl-Xarəzminin xatirəsinə həsr olunub.
Konfransda iştirak etmək istəyən alim və tədqiqatçılar məqalələrini may ayının 31-dək Təşkilat Komitəsinə ([email protected] və ya [email protected] elektron poçt ünvanlarına) təqdim edə bilərlər.
Konfransın müxtəlif bölmələrində “Alqoritmlər” (xüsusi sessiya), “Big Data mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Elmdə və təhsildə İKT-nin rolu”, eləcə də “Verilənlər haqqında elm və genişmiqyaslı analitika” və s. mövzularına həsr olunan məruzələr dinləniləcək.
Beynəlxalq konfransla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.
mənbə: ict.az
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


