
“Yaşıl istedadlar 2020”
10 May 2020
08.05.2020
MƏLUMAT
Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) tərəfindən “Yaşıl istedadlar 2020” müsabiqəsi üçün (www.greentalents.de) ərizələrin qəbuluna başlanmışdır. 2009-cu ildən etibarən keçirilən müsabiqənin məqsədi davamlı inkişaf sahəsində fəal olan qabaqcıl gənc tədqiqatçı və alimlərin mükafatlandırılmasından, onların Almaniyanın müvafiq elmi-tədqiqat institutları ilə təmaslarının yaradıkması və ölkəyə elm xadimlərinin cəlb edilməsindən ibarətdir.
Namizədlər davamlı inkişafla əlaqəli olan sahə üzrə magistr/doktorantura pilləsində təhsil almalı, yaxud təhsillərini son 3 ildə bitirməli, maksimum 3 illik iş təcrübəsinə malik olmalı və ingilis dilini mükəmməl bilməlidirlər. Qaliblərin müvafiq xərcləri BMBF tərəfindən qarşılanacaq.
Müraciət edərkən onlayn ərizə forması (ptoutline.eu/app/greentalents2020) aidiyyəti üzrə doldurulmalı, həmçinin motivasiya və tövsiyyə məktubları, elmi kvalifikasiya(diplomlar və onların əlavələri), nəşrlər və patentlər, dil sertifikati (www.greentalents.de) təqdim edilməlidir.
Ərizələrin təqdim edilməsi üçün son tarix: 19 may 2020-ci il
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


