COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) üzrə vebinar keçiriləcək
14 May 202016 may 2020-ci il tarixində saat 12.00-da Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) üzrə vebinarın keçirilməsi planlaşdırılır. Vebinar COST proqramı üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən AMEA Beynəlxalq Əməkdaşlıq facebook səhifəsi üzərindən həyata keçiriləcək və COST layihələrinə qoşulmaq üzrə təlimatlar veriləcək.
İştirak etmək istəyənlər 14 may 2020-ci il tarixi saat 23.00-a qədər docs.google.com/forms qeydiyyatdan keçməlidirlər.
Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edilə bilər.
Əlaqə: Tel.: (99412) 4923446; (+99450) 2272001; (+99450) 3501425
Email: [email protected]; [email protected]
-
03.06.2024
9-cu Ümumdünya Yumşaq Hesablamalar Konfransı keçiriləcək -
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək