Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə vebinar keçiriləcək
14 May 202018 may 2020-ci il tarixində saat 14.00-da Avropa Komissiyasının Horizon 2020 Proqramı çərçivəsində Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə vebinarın keçirilməsi planlaşdırılır. Vebinar Maria Sklodovskaya-Küri Təqaüd Programı üzrə milli əlaqələndirici şəxs, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən AMEA Beynəlxalq Əməkdaşlıq facebook səhifəsi üzərindən həyata keçiriləcək və Program üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək.
İştirak etmək istəyənlər 16 may 2020-ci il saat 23.00-a qədər docs.google.com/forms qeydiyyatdan keçməlidirlər.
Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edilə bilər.
Əlaqə: Tel.: (99412) 4923446; (+99450) 9884239; (+99450) 3501425
Email: [email protected] [email protected]
-
03.06.2024
9-cu Ümumdünya Yumşaq Hesablamalar Konfransı keçiriləcək -
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək