
Magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
12 İyun 2020
19 iyun 2020-ci il saat 10:00-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509– “Kompüter elmləri” ixtisasının 4 ixtisaslaşması üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçiriləcək.
İclasda AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rəhbərliyi ilə “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistrant Samir Tələt oğlu Məmmədovun “Azərbaycan dilində verilən mətnləri anlamağa əsaslanan “kompüter-insan” dialoq sisteminin alqoritm və proqramlarının hazırlanması”; r.ü.f.d., dos. Ədalət Paşayevin rəhbərliyi ilə Ülviyyə Malik qızı Kadaşevanın “Mancanaq dəzgahının kinematikasının riyazi modeli əsasında vatmetroqramların dinamoqramlara çevrilməsini təmin edən alqoritmlərin, proqram vasitələrinin işlənilməsi və kompüter eksperimentlərinin aparılması”; AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın rəhbərliyi ilə “Paylanmış sistemlər və şəbəkələr” ixtisaslaşması üzrə magistrant Aytən Adil qızı Əhmədovanın “Elektron səhiyyə şəbəkəsinin arxitektur prinsiplərinin işlənməsi”; AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin rəhbərliyi ilə “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə magistrant Aygül Fəxrəddin qızının “Pythonda böyük ölçülü verilənlərin analizi üçün DBSCAN alqoritminin tətbiqi” və tex.ü.f.d., dos. Rəşid Ələkbərovun rəhbərliyi ilə “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə magistrant Arzu Şamil qızı Həsənlinin “Verilənlərin emal mərkəzində bulud texnologiyaları əsasında virtual resursların səmərəli istifadəsi metodları” mövzusunda magistrlik dissertasiya işlərinin müdafiəsi keçiriləcək.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


