
"Elm Günü"nə həsr olunmuş vebinar
15 Mart 2021
Hörmətli Həmkarlar!
19 mart 2021-il tarixində saat 11.00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda "Elm Günü"nə həsr olunmuş Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramlarının Marie Skłodowska-Curie tədbirləri – karyera inkişafı (MSCA proqramı) vebinarı keçiriləcəkdir. Vebinarda MSCA proqramına həsr edilmiş prezentasiyanı “Horizon 2020” Proqramının Avropa MSCA üzrə milli əlaqələndirici şəxs, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov təqdim edəcəkdir.
Bu vebinarda Azərbaycan tədqiqatçıları - istər doktorantlar, istərsə də yüksək təcrübəli tədqiqatçılar karyeralarının bütün mərhələləri üçün qrant almaq imkanları ilə tanış olacaqlar. MSCA proqramı - transmilli, sahələrarası və fənlərarası hərəkətliliyi təşviq edir və elmi - tədqiqat mərkəzli təşkilatların (universitetlər, tədqiqat mərkəzləri və şirkətlər) istedadlı xarici tədqiqatçılara ev sahibliyi etməsinə və dünyanın aparıcı qurumları ilə strateji tərəfdaşlıq yaratmasına imkan verir.
Laboratoriya müdirləri, elmi işçilər və magistrlar vebinara dəvət olunurlar!
ZOOM platformasında onlayn formatda keçiriləcəyi nəzərdə tutulmuş vebinara aşağıdakı link vasitəsilə qoşula bilərsiniz:
Aygun Aliyeva приглашает вас на запланированную конференцию: Zoom.
Тема: "Elm Günü"nə həsr olunmuş vebinar
Время: 19 мар. 2021 11:00 AM Баку
Подключиться к конференции Zoom
https://us02web.zoom.us/j/81146276735?pwd=aFZXZFFva3ZUWGJpdFRKTWpxZUJSdz09
Идентификатор конференции: 811 4627 6735
Код доступа: 072185
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


