
Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans (onlayn) keçiriləcək
29 Mart 2021
Konfransın məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis
Konfransın müzakirə mövzuları:
- Rəqəmsal texnologiyalar, süni intellekt və big data;
- Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri;
- Covid-19 pandemiyası dövründə qlobal iqtisadiyyatın müasir durumu və sabitləşmə strategiyalarında rəqəmsal texnologiyalar;
- Rəqəmsal məşğulluğa keçid: problemlər və perspektivlər;
- Dövlət idarəetməsinin rəqəmsal transformasiyası;
- Rəqəmsal əməkdaşlığa regional baxış;
- Maliyyə sektorunun rəqəmsallaşması;
- Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası;
- Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər;
- Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar;
- Ağıllı şəhər və ağıllı kənd: beynəlxalq təcrübə.
Ətraflı: http://de-conf.unec.edu.az
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


