Ünvan | AZ1141, Bakı ş., B.Vahabzadə küç., 9 | |
Tel. | (+994 12) 5392253 | |
Faks | (+994 12) 5392253 | |
Elektron poçtu | [email protected] | |
Direktor | Quluyev Qəmbər Ağaverdi oğlu Texnika üzrə elmlər doktoru (+994 12) 5392253[email protected] | |
Baş mühəndis | Məlikov Rasim Ağarza oğlu (+994 12) 5392242 | |
Yaranma tarixi | AMEA “Kibernetika” Xüsusi Konstruktor Bürosu, Azərbaycan SSR Nazirlər Sovetinin 6 yanvar 1978-ci il 21№-li Sərəncamına və Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 21 fevral 1978-ci il 7№-li qərarına uyğun olaraq yaranmışdır. | |
Əsas fəaliyyət istiqamətləri | İstehsalatın müxtəlif sahələrində idarəetmə, nəzarət və diaqnostika sistemlərinin işlənib hazırlanması və tədbiq edilməsi. | |
Əsas elmi nəticələr | Respublika və beynəlxalq səviyyəli müxtəlif tip idman yarışlarının idarə edilməsi üçün idarəetmə və məlumat sistemləri işlənib hazırlanmışdır. Heydər Əliyev adına Bakı Neft emalı zavodunda: -MK-301/2 kompressor aqreqatının vibrasiya vəziyyətinin diaqnostikası və proqnozlaşdırılması üçün robast informasiya sistemi işlənmiş və 2007-ci ildə istismara verilmişdir.-Texnoloji parametrlərin intellektual monitorinq sistemi işlənmiş və 2008-ci ildə istismara verilmişdir. Neftqazçıxarma müəssisələri üçün yeni nəsil ölçü, nəzarət, diaqnostika sistemləri işlənib hazırlanmışdır: - Şirvan OC LTD üçün məsafədən nəzarət, diaqnostika və idarəetmə sistemi işlənib hazırlanmış və tətbiq edilmişdir. Sistem 2009-cu ildən istismara verilmişdir. - Karasu Operating Company üçün 8 quyu üçün Mancanaq dəzgahının Səlist İdarəetmə Stansiyası (MDSİS) işlənib hazırlanmış və istismara verilmişdir. Bu MDSİS-lər əsasında «Karasu Operating Company» mədənlərinin neft quyularından, məsafədən (naqilsiz) məlumatın toplanması və idarəedilməsi sistemi yaradılmışdır. Sistem 2010-cu ildən istismara verilmişdir. - Balaxanıneftin 3619 saylı quyusunda 2009-2011-ci illər ərzində MDSİS tətbiq edilmiş və eksperimentlər aparılmışdır. İşin səmərəliliyi və geniş tədbiqi haqqında arayış alınmışdır. - Salyan Oil LTD üçün 6 ədəd qrup ölçü qurğusunda “Ayna” kompleksinin Trap nəzarət qurğusu işlənib hazırlanmış və tətbiq edilmişdir. Qurğular 2012-ci ildən istismara verilmişdir. - “Bibiheybətneft” NQÇİ üçün 35 quyuda “Mancanaq dəzgahlı quyuların məsafədən idarəetmə və diaqnostikası” sistemi işlənib hazırlanmış və 2013-cü ildə istismara verilmişdir. - Anomal seysmik proseslərin monitorinqini həyata keçirmək üçün RNM ASP stansiyalarının şəbəkəsi işlənib hazırlanmışdır. Hal-hazırda belə stansiyalardan 7-si respublika ərazisində yerləşdirilib. | |
İşçilərinin ümumi sayı | 27 | |
Struktur bölmələri | İşləyib hasırlama şöbəsi Proqramlaşdırma şöbəsi İstehsalat şöbəsi | |
Elmlər doktorları | Quluyev Qəmbər Ağaverdi oğlu Rzayev Abbas Heydər oğlu Rzayev Asif Hacı oğlu Paşayev Fəhrad Heydər oğlu |
-
30.09.2024
“Web of Science” elmmetrik bazasından səmərəli istifadə ilə bağlı vebinarlar keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
27.09.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
23.09.2024
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçiriləcək