| Laboratoriyanın adı | İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası |
| Telefon | (+994 12) 510-11-00 |
| Laboratoriyanın müdiri | Əliyev Elçin Rəşid oğlu Texnika elmləri doktoru, professor |
| Əsas fəaliyyət istiqamətləri | Qərarqəbuletmə texnologiyalarının işlənilməsi və idarəçiliyin müxtəlif səviyyələrində tətbiqi. |
| Əsas elmi nəticələri | - Qeyri-müəyyənlik şəraitində obyektivlik dərəcəsini artırmaq məqsədilə çoxmeyarlı alternativ seçimin qeyri-səlis təhlilinə əsaslanaraq mikrokredit borcalanlarının məsuliyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair müvafiq üsullar və alqoritmlər işlənilmişdir; - İctimai respondentlərin ümumi rəylərini nəzərə alan adaptiv qərarların qəbul edilməsini dəstəkləyən informasiya sisteminin strukturu və analitik nüvəsi işlənilmişdir; - MODIS (LPDAAC) kosmik monitorinq sisteminin peyk şəkilləri əsasında əldə olunmuş vegetasiya (bitki örtüyü) NDVI indeksinin dinamikasını əks etdirən müvafiq zaman sırasının multispektral verilənlərinin qeyri-səlis təhlili əsasında 1-ci və 2-ci tərtibli proqnozlaşdırma modelləri işlənilmişdir; - “Ağıllı şəhər” konsepsiyasının işlənib hazırlanması və həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən qarşılıqlı əlaqə və süni intellektin tətbiqi məsələləri araşdırılmışdır. |
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


