AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri...
+A -A
Laboratoriyanın adı Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyası
Telefon (+994 12) 539-37-98
Laboratoriyanın müdiri Rzayev Asif Hacı oğlu
Texnika elmləri doktoru, dosent
Əsas fəaliyyət istiqamətləri Neftqazçıxarma obyektlərində qəzaların gizli dövrünü aşkar etməyə imkan verən və onun səmərəli və suboptimal rejimdə işlənməsini təmin edən hibrid intellektual nəzarət, erkən diaqnoz və idarəetmə sistemlərinin işlənilməsi.
Əsas elmi nəticələri - Neft mədənlərinin prosesləri analiz edilmiş və müəyyən edilmişdir ki, belə obyektlərdə bir sıra parametrlərə daim distansiyon olaraq nəzarət olunmalı, onlar təhlil edilməli, avadanlıqlarda yarana biləcək nasazlıqlar qabaqcadan təyin edilməlidir və onları yaradan səbəblərin aradan qaldırırlması üçün tədbirlər görülməlidir;
- Neft mədənlərində mancanaq dəzgahları ilə istismar olunan quyuların iqtisadi səmərəliliyini artırmaq üsulları işlənib hazırlanmış və bu məqsədlə informasiya sistemi təklif edilmişdir;
- Neft mədənlərində dərinlik nasoslarının nasazlıqlarının diaqnostikası və proqnozu üçün robast informasiya sistemləri, mövqeli binar texnologiyaları əsasında dinamometrik məlumatların təhlili sistemləri yaradılmışdır;
- Neft quyularının debitini mövcud üsullarla müqayisədə daha dəqiq və operativ ölçən alqoritmlər və qurğular işlənilmişdir;
- Neftçıxarma obyektlərinin qarışıq rabitəli (fiziki xətt və radio) intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmış, istehsalat şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilmiş və Şirvan OİL şirkətinin 1 və 3 saylı mədənlərinin 190 quyusunda, Salyan OİL şirkətinin iki quyusunda və 17 sayda( hər biri 16 quyunun məhsuldarlığını avtomatik ölçən) "Trap" tipli qrupşəkilli ölçmə qurğularının idarə olunmasında müvəffəqiyyətlə istismar olunur;
- Obyektlərin qəza vəziyyətinə keçmə prosesinin gizli dövrünün riyazi modeli təklif edilmiş, bu prosesin başlanmasının etibarlı monitorinqini təmin etməyə imkan verən alqoritmlər, texnologiyalar yaradılmışdır və bu nəzəri nəticələri həyata keçirməyə imkan verən və eyni zamanda mancanaq dəzgahının yırğalanma sayını tənzim etməyə imkan verən yeni nəsl intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmışdır;
- Neftçıxarma obyektlərinin yeni nəsl intellektual monitorinq nəzarət və diaqnostika sistemləri istehsalat şəraitində: Şirvan OİL şirkətinin 3 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, Suraxanı OİL, Binəqədi OİL və Balaxanı neftqazçıxarma idarələrinin hər birinin iki quyusunda müvəffəqiyyətlə sınaqdan keçirilmiş və ARDNŞ tərəfindən müvafiq aktla kütləvi tətbiq olunmağa tövsiyə olunmuşdur. Hazırda bu sistemlər ARDNŞ-in (Bibiheybətneft, Abşeronneft və Əmirovneft) 400 dən artıq quyusunda istismar olunur. Hər bir quyuda 30 faizə qədər elektrik enerjisinə qənaət və təmir arası vaxtın 40% -dən çox artması təmin olunaraq, həmin obyektlərin rentabelliyi xeyli yaxşılaşdırılmışdır. Sistemin yeniliyi beynəlxalq patentlə təsdiq edilmişdir;
- Ştanqlı dərinlik nasos qurğularının mühərriyinin sərf etdiyi güc parametrlərinin quyu üzərində küy texnologiyaları ilə analizi onun avadanlıqlarının texniki vəziyyətinin erkən diaqnoz edilməsinin adekvatlığını yüksəltmək imkanı yaradır;
- Dalma nasosu mühərriyinin şəbəkədən tələb etdiyi güc vericisinin çıxış siqnalının küylərinin analizi əsasında mövqeli-binar indikatorlarının hesablanma texnologiyası və alqoritmləri yaradılmışdır. Onların quyu səviyyəsində olan mikrokontrollerdə texniki yerinə yetirilməsi dalma nasosunun və mühərriyının nasazlıqlarının daha adekvat və erkən diaqnostikasını təmin edir;
- Mövcud üsullarla müqayisədə təzyiqin bərpası əyrisindən (TBƏ) adi və yarımloqarifmalı koordinatlarda daha dəqiq yazan yeni eksponensial tipli modellər işlənmişdir;
- TBƏ-nin ancaq asimptotik (axırıncı) hissəsindən istifadə edən mövcud üsullardan (xorner, MDX, maçket və s. üsulları) fərqli olaraq tərs məsələ korrekt həll olunmuş və layın və quyunun hidrodinamik xarakteristikalarını etibarlı və dəqiq (3%-li dəqiqliklə) təyin etmək, bunun üçün bütün əyridən istifadə etməklə yeni üsul işlənmişdir.
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi