| Laboratoriyanın adı | Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası |
| Telefon | (+994 12) 510-93-72 |
| Laboratoriyanın müdiri | |
| Əsas fəaliyyət istiqamətləri | Bəzi toplanmış və paylanmış parametrli sadə və çoxmərhələli determinik və stoxastik optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsinin tədqiqi. |
| Əsas elmi nəticələri | - Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur; - Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur; - Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır; - Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır; - Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; - Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; - Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; - Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur; - Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur; - Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; - Gecikməyə malik xətti bircins olmayan stoxastik İto tənliklər sisteminin Koşi matrisinin koməyi ilə həllinin göstərilişi tapılmışdır; - İto tənliklər sistemləri ilə təsvir olunan stoxastik optimal idarəetmə məsələlərində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır; - Xətti bircins olmayan ikinci tərtib hiperbolik tip stoxastik Qursa-Darbu tənliklər sisteminin həllinin göstərilişi Riman matrisinin köməyi ilə tapılmışdır; - Stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib optimallıq şərtləri tapılmşdır. |
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


