AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →İbrahimov Vaqif Rza oğlu
+A -A
Anadan olduğu yer Naxçıvan r-nu, Cəhri kəndi
Təvəllüdü 09.05.1947
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti)
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi Professor, AMEA-nın Müxbir Üzvü
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri və adı
- mövzunun adı
01.01.07
Hesablama riyaziyyatı
Adi diferensial tənliklərin ədədi həll üsulları
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri və adı
- mövzunun adı
01.01.07
Hesablama riyaziyyatı
Adi diferensial tənliklər üçün Koşi məsələsinin çoxaddımlı üsullarla həlli
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 158
- Xaricdə çıxmış elmi əsərlərinin sayı 79
- Respublikada çıxmış elmi əsərlərinin sayı -
- Konfrans məruzələri və tezislər sayı -
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı
- elmlər doktorlarının sayı

3

Əsas elmi nailiyyətləri V.R.İbrahimovun elmi fəaliyyət sahəsi adi diferensial tənliklərin ədədi həllinin tədqiqindən ibarətdir. V.R.İbrahimov ədədi üsulların dəqiqliyinin yüksəldilməsi ilə məşğul olmuş və bu məqsədlə müxtəlif üsulların xətti kombinasiyasından və Riçardson ekstrapolyasiyasından istifadə etmişdir. V.R.İbrahimov Riçardson ekstrapolyasiyasını ədədi üsula bir dəfə tətbiq etdikdə onun dəqiqliyinin maksimum qiymətinin tapılması üçün ədədi üsullarının xətasının asimptotik münasibətindən istifadə edərək bir formula təklif etmişdir.
O, müasir hesablama riyaziyyatının əsas istiqamətlərindən biri olan yüksək dəqiqliyə malik üsulların qurulması sahəsində fəaliyyətini davam etdirərək ikinci və yüksək tərtib törəmədən istifadə edən çoxaddımlı üsulları, Obreşkov tipli çoxaddımlı üsullar kimi tədqiq etmiş və bu üsulların tərtibi ilə dərəcələri arasındakı münasibəti təyin edən formulanı vermişdir. V.R.İbrahimov qeyri-aşkar üsulların tətbiq dairələrinin geniş olmasını nəzərə alaraq, bu üsullar üçün müxtəlif variantlarda proqnoz-korreksiya tipli üsullar təklif etmiş və onların yığılması üçün kafi şərtlər tapmışdır. O, Obreşkov tipli üsulları yüksək tərtibli adi diferensial tənliklərin ədədi həllinə tətbiq etmiş və effektiv üsulların qurulmasını göstərmişdir.
Dalkvist baryerini aşan dayanıqlı irəliyə qaçma üsullarının varlığı V.R.İbrahimov tərəfindən isbat olunmuş və konkret dayanıqlı irəliyə qaçma üsullarını tərtib etmişdir.
V.R.İbrahimov Adams və Runqe-Kutta üsullarını tədqiq edərək, bu üsulların müsbət xüsusiyyətlərinə malik yeni üsulların qurulması ilə məşğul olmuş və bu üsulların hibrid üsullar sinfinə daxil olduğunu isbat etmişdir.
V.R.İbrahimov hibrid üsulların müxtəlif formalarda ümumiləşməsinə baxmış, yüksək dəqiqliyə malik dayanıqlı hibrid üsullar qurmuş və onları müxtəlif model məsələlərin həllinə tətbiq etmişdir. Dəqiqlik tərtibi olan dayanıqlı hibrid üsulun varlığı V.R.İbrahimov tərəfindən isbat olunmuş və dəqiqlik tərtibi olan konkret üsul qurulmuşdur. O, bu üsulların Volter tipli integral və integro-diferensial tənliklərin həllinə tətbiqini araşdırmış, və isbat etmişdir ki eyni bir üsulu adi diferensial tənliklərin, Vilter tipli integral və integro diferensial tənliklərin həllinə tətbiq etmək olar.
Əsas elmi əsərlərinin adları (max. 5) 1. Mehdiyeva G.Yu., Imanova M.N., Ibrahimov V.R. On one application of forward jumping methods. Applied Numerical Mathematics, Volume 72, October 2013, p. 234–245.

2. V.R. Ibrahimov. On the maximum degree of the k-step Obrechkoff’s method. Bulletin of Iranian Mathematical Society, Vol. 20, No. 1, pp.1-28 (2002).

3. G. Mehdiyeva, M. Imanova, V. Ibrahimov On a Research of Hybrid Methods. Numerical Analysis and Its Applications, Springer, 2013, pp. 395-402.

4. G. Mehdiyeva, M. Imanova, V. General Theory of the Application of Multistep Methods to Calculation of the Energy of Signals, Wireless Communications, Networking and Applications, Wcna 2014 Volume: 348 Pages: 2016, 1047-1056.

5. G. Mehdiyeva, M. Imanova, V. Ibrahimov Some refinement of the notion of symmetry for the Volterra integral equations and the construction of symmetrical methods to solve them Journal of Computational and Applied Mathematics Volume: 306, 2016, 1-9.
Elmi qurumlarda üzvlüyü 1. İdarəetmə Sistemləri İnstitutunun dissertasiya şuranın üzvü
2. BDU Mexanika-riyaziyyat fakültə elmi şuranın üzvü
Pedaqoji fəaliyyəti 46 il
Təltif və mükafatları - Əməkdar müəllim
- İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsində II yer
- Diploma "Scientific Progress İnternational Academy of Sciences and Higher Education (London UK)
İş yeri və ünvanı Bakı Dövlət Universiteti, Akademik Zahid Xəlilov küçəsi, 23
Vəzifəsi Baş elmi işçi
Xidməti telefon (+994) 12 438 74 94
Mobil telefon (+994) 55 575 75 35
Faks  
Elektron poçt [email protected]
Veb sayt  

 

ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi