AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Venera buludları vasitəsilə Günəş işığı Yer planetindəkinə bənzər fotosintezi dəstəkləyə bilər

07.10.2021 / Xəbərlər

“Astrobiology” jurnalında nəşr olunan məqalədə tədqiqatçılar Günəş enerjisinin tutulması və kimyəvi enerjiyə çevrilməsi prosesi olan Yerə bənzər fototrofiyanın Venera buludlarında mövcud olduğunu bildiriblər.

“Tədqiqatımız Veneranın buludlarında fototrofiya və ya mikroorqanizmlərin hemotrofiyası potensialının əhəmiyyətli dərəcədə dəstəklənməsini təmin edir”, - deyə Kaliforniya Dövlət Politexnik Universitetinin Kimya və biokimya kafedrasının tədqiqatçısı, professor Rakeş Mogul bildirib.

“İnanırıq ki, hazırda Mars və Yupiterin peyki Avropa üçün planlaşdırılan layihələr kimi, Veneranın buludları da həyatın mövcudluğunu aşkarlama missiyaları üçün böyük bir hədəf olacaq”.

Professor R.Mogul və həmkarları Yerdəki kimi, Veneranın buludlarında olan hipotetik fototrofların da gün ərzində Günəş enerjisinə çıxış əldə edə biləcəyini və infraqırmızı enerjiyə görə fotosintezin gecə boyu davam edə biləcəyini aşkar ediblər.

Qeyd olunub ki, Venera buludlarında həm Günəş, həm də termal radiasiya Yerdə tapılan fotosintetik piqmentlər tərəfindən udula bilən işığın dalğa uzunluqlarına malikdir.

Tədqiqatçılar, həmçinin Venera atmosferində səpilmə və absorbsiyanın həyat üçün zərərli olan ultrabənövşəyi şüaların çoxunu Günəş işığından təmizləyərək Yerin ozon təbəqəsi kimi bir təbəqəni təmin etdiyini müəyyən ediblər.

Son tədqiqatlardan birində Veneranın buludlarının Yerdəki həyatı dəstəkləmək üçün çox quru olduğu qənaətinə gəlinsə də, professor R.Mogul və həmkarları Venera buludlarının kimyəvi şərtlərinin qismən ammonium bisulfit kimi kükürd turşusunun neytrallaşdırılmış formalarından ibarət ola biləcəyini təsbit ediblər.

Bu kimyəvi şərtlər əvvəlki hesablamalarla müqayisədə daha yüksək su aktivliyi və Veneranın indiki modelləri ilə müqayisədə daha aşağı turşuluq nümayiş etdirir.

science.gov.az

Tweet
ELANLAR
  • 03.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 03.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
  • 03.03.2026
    14–15 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi