AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib

09.04.2025 / Maraqlı məlumatlar
Cloud Next konfransında Google şirkətini nümayəndəsi bildirib ki, kodlaşdırma üzrə süni zəka köməkçisi Code Assist artıq yeni süni zəka agentlərini yerləşdirmək qabiliyyətinə malikdir. Bu agentlər Google Docs sənədlərindəki məhsul spesifikasiyalarına əsaslanaraq tətbiqlər yarada və ya kodu bir proqramlaşdırma dilindən digərinə çevirə bilirlər. Code Assist artıq Android Studio mühitində də əlçatan olub və digər proqramlaşdırma mühitlərinə əlavə olunub. Code Assist-də edilən yeniləmələr GitHub Copilot, Cursor və proqramlaşdırma üzrə viral alət olan Devin-in yaradıcısı Cognition Labs kimi şirkətlərin yaratdığı rəqabət təzyiqlərinə cavab olaraq təqdim edilir.
Süni zəka əsaslı kodlaşdırma köməkçiləri bazarı hər ay böyüməyə davam edir və bu bazarın həcmi milyardlarla dollarla ölçülür. Code Assist agentlərinə artıq Gemini Code Assist Kanban adlı yeni idarəetmə paneli vasitəsilə nəzarət etmək mümkündür. Bu agentlər iş planları hazırlaya və verilmiş tapşırıqlar üzrə mərhələli irəliləyiş barədə hesabat verə bilirlər. Onlar təkcə proqram təminatı yaratmaq və kod miqrasiyası həyata keçirməklə kifayətlənmir, həm də tətbiqlərə yeni funksiyalar əlavə edə, kodu yoxlaya, modulyar testlər və sənədlər yarada bilirlər.
     
Hazırda Code Assist agentlərinin nə dərəcədə effektiv işlədiyini dəqiq müəyyənləşdirmək çətindir. Tədqiqatlar göstərir ki, bu gün hətta ən qabaqcıl süni intellekt əsaslı kod generatorları belə proqramlaşdırma məntiqini tam anlaya bilmədikləri üçün səhvlərə yol verə və təhlükəsizlik baxımından zəifliklər yarada bilərlər. Son sınaqlardan birində Devin yalnız 20 tapşırıqdan 3-nü uğurla yerinə yetirib. Bu səbəbdən, proqramlaşdırmada istənilən süni zəka köməkçisindən istifadə edərkən yaradılan kodun fərdi şəkildə yoxlanması tövsiyə olunur.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi