
«Qadın və kişi bərabərliyi 2020» mövzusunda müsabiqə
15 September 2020
Hörmətli həmkarlar,
Fransanın Azərbaycandakı Səfirliyi, “Qadın və kişi arasında bərabərlik” mövzusunda müsabiqə elan edir.
Siz Azərbaycan cəmiyyətində (müəssisələr, bədii dərnəklər, ictimai fəaliyyət, media və s.) qadın hüquqlarının təşviqinə qoşulan, ingilis və ya fransızca danışan gənc qadınsınız? O zaman Fransanın Azərbaycandakı Səfirliyi, fəaliyyətinizi qiymətləndirmək və mükafatlandırmaq üçün xüsusi olaraq sizə həsr olunmuş bir müsabiqə təklif edir! Müraciətlər 30 sentyabr tarixinə qədər qəbul olunur. Ətraflı məlumat üçün : az.ambafrance.org


