
Dissertasiya şurası nəzdində Elmi Seminarın növbəti iclası keçiriləcək
08 February 2021
23 fevral 2021-ci ildə saat 11:00-da İSİ nəzdində fəaliyyət göstərən ED 1.19 dissertasiya şurasının 1203.01 – Kompüter elmləri ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Əşrəfova Yeganə Ramiz qızı tərəfindən 1203.01 – Kompüter elmləri ixtisasında Riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi və tətbiqi” mövzusundakı dissertasiyanın müzakirəsi keçiriləcəkdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçiriləcək.
İclasa distant (məsafədən) qoşulmanı təmin etmək üçün seminarın vaxtına azı 2 gün qalmış İSİ-nin saytında link yerləşdiriləcək.
-
17.02.2026
16th International Conference on Integrated Strategic Management, Portfolio, Program, and Project Management to be held -
09.12.2025
A scientific seminar of the Institute of Control Systems will be held -
05.12.2025
The 4th Eurasian Conference on Human-Computer Interaction (HCI-E2025) to be held -
03.12.2025
International symposium on "New Research Methodologies in Computer Science and Modern Models of Industrial-Academic Cooperation" to be held


