Dissertasiya şurası nəzdində Elmi Seminarın növbəti iclası keçiriləcək
08 Fevral 202123 fevral 2021-ci ildə saat 11:00-da İSİ nəzdində fəaliyyət göstərən ED 1.19 dissertasiya şurasının 1203.01 – Kompüter elmləri ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Əşrəfova Yeganə Ramiz qızı tərəfindən 1203.01 – Kompüter elmləri ixtisasında Riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi və tətbiqi” mövzusundakı dissertasiyanın müzakirəsi keçiriləcəkdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçiriləcək.
İclasa distant (məsafədən) qoşulmanı təmin etmək üçün seminarın vaxtına azı 2 gün qalmış İSİ-nin saytında link yerləşdiriləcək.
-
15.05.2024
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 3-cü Beynəlxalq Konfrans (PLMO 2024) keçiriləcəkdir -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
29.03.2024
ED 1.20 Dissertasiya şurasının iclası keçiriləcək -
18.03.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək