Dissertasiya şurası nəzdində Elmi Seminarın növbəti iclası keçiriləcək
08 February 202123 fevral 2021-ci ildə saat 11:00-da İSİ nəzdində fəaliyyət göstərən ED 1.19 dissertasiya şurasının 1203.01 – Kompüter elmləri ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Əşrəfova Yeganə Ramiz qızı tərəfindən 1203.01 – Kompüter elmləri ixtisasında Riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi və tətbiqi” mövzusundakı dissertasiyanın müzakirəsi keçiriləcəkdir.
Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçiriləcək.
İclasa distant (məsafədən) qoşulmanı təmin etmək üçün seminarın vaxtına azı 2 gün qalmış İSİ-nin saytında link yerləşdiriləcək.
-
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held -
29.03.2024
A meeting of ED 1.20 Dissertation Council will be held -
18.03.2024
Regular meeting of the Science Council will be held