AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

YT Parkın rezidenti tərəfindən istehsal edilən antifrizlər yüksək keyfiyyəti ilə seçilir

11.01.2021 / Conferences, assemblies

Antifrizlər suyun donma zamanı genişlənməsi səbəbindən yaranan, ehtiyat hissələrinin zədələnməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulan soyuducu mayelərdir. Antifrizlər mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini soyutmaq üçün istifadə olunur.

Müasir texniki vasitələrdə yalnız qış aylarında deyil, həm də isti havalarda antifrizlərdən istifadə olunur. Antifrizlər yağlayıcı xüsusiyyətlərə malikdir, istilik saxlama qabiliyyəti suya nisbətən daha yaxşıdır, başqa sözlə, yayda nəqliyyat vasitəsinin mühərrikini daha tez soyuda bilir.

Etilenqlikol və distillə suyun konsentrasiyasından yaranan antifrizlər donarkən hər iki komponentin faiz nisbətindən asılı olaraq genişlənmə əmsalı 1-3 faiz arasında dəyişir. Bu isə donma zamanı həcmi 9-10 faiz genişlənən adi sudan 6-8 dəfə azdır. Buna görə də nəqliyyat vasitəsində antifriz istifadə olunduqda dağılma və ya partlama müşahidə olunmur.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Qobustan” antifrizləri qeyd olunan bütün xüsusiyyətlərə malikdir və ən müasir tələblərə cavab verir. Xarici analoqlarından yüksək keyfiyyəti ilə fərqlənən bu antifrizlər istiliyi yaxşı keçirir, aşağı temperaturlarda az özlülüyə malikdir, metal hissələrdə korroziya törətmir, şlanq və rezini sıradan çıxarmır, eləcə də köpüklənmə əleyhinə aşqarlardan istifadə olunur. Həmçinin istehsal zamanı bütün aşqar reagentlərlə təmin olunur və -38-40 dərəcə C temperatura dayanıqlıdır.

mənbə: science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap