AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yaşıl Razılaşma Çağırışı üzrə məlumatlandırma vebinarları keçirilib

14.01.2021 / Conferences, assemblies

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvlərinin iştirakı ilə Yaşıl Razılaşma (Green Deal Call) Çağırışı üzrə məlumatlandırma vebinarları təşkil edilib. Vebinarlarda AMEA-nın Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb Elmləri bölmələrinin elmi müəssisələrinin nümayəndələri, həmçinin  Xəzər Universitetinin alim və mütəxəssisləri iştirak edib.

Tədbir zamanı İqlim fəaliyyətləri, ətraf mühit, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ Rövşən Kərimov 10 tematik sahəni özündə birləşdirən Yaşıl Razılaşma Çağırışı, bu Çağırışa qoşulmanın şərtləri və tələbləri, “Horizon 2020” portalında qeydiyyat və potensial tərəfdaş qurumlara müraciət etmə qaydaları, həmçinin 2021-2027-ci illəri əhatə edəcək yeni “Horizon Europe” Proqramının prioritetləri barədə ətraflı məlumat verib. O, həmçinin Çağırış çərçivəsində “Artmaqda olan iqlim ambisiyaları: sahələrarası problemlər” tematik sahəsi üzrə mövzular və onlardan istifadə imkanlarını diqqətə çatdırıb.

Vebinarda Kosmos istiqaməti üzrə MƏŞ Aynurə Məsimova “Biomüxtəliflik və ekosistem xidmətləri”, Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ Fərid Seyfullayev “Fermadan çəngələ”, Hüquq və maliyyə aspektləri üzrə MƏŞ Tofiq Babayev və Nanotexnologiyalar, qabaqcıl materiallar, qabaqcıl istehsal və proseslər üzrə MƏŞ Aytən Hüseynova “Enerji və resursa qənaət edən səmərəli tikililər”, “Avropa Yaşıl Çağırışlarına dəstək üçün biliklərin artırılması”, “Neytral iqlimli və davamlı Avropaya keçid üçün vətəndaşların imkanlarının genişləndirilməsi”, Səhiyyə, demoqrafik dəyişiklik və rifah üzrə MƏŞ Aygün Babayeva  “Sıfır çirklənmə, toksik maddələrdən azad ətraf mühit” tematik sahələri, onların yarımistiqamətləri və müxtəlif mövzuları haqqında vebinar iştirakçılarını ətraflı məlumatlandırıblar.

Vebinarlarda Mari Sklodovskaya-Küri Proqramı üzrə MƏŞ Zaur Həsənov həmin proqramın istiqamətləri, COST Action Proqramı üzrə MƏŞ İlham Hümbətov bu proqramın geniş əməkdaşlıq imkanları üzrə təqdimat ediblər.

Keçirilən vebinarlar geniş auditoriya tərəfindən yüksək fəallıqla izlənib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

mənbə: science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap