AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirilib

04.02.2021 / Conferences, assemblies

Fevralın 4-də Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin rus dilində çapdan çıxan “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlin təfərrüatlarına dair qiymətli mənbə kimi” adlı kitabının təqdimat mərasimi olub. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, AMEA prezidentinin köməkçisi, sənədləri fars dilindən tərcümə edən Şahin Yəhyayev, MEK-in direktoru, professor Məmməd Əliyev, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşar və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İ.Həbibbəyli AMEA prezidentinin sözügedən kitabının Nadir şaha həsr olunan nəşrlər sırasında özünəməxsus yer tutduğunu deyib. Bildirib ki, kitab elmi-nəzəri aspektdən, tarixi mənbələrə əsaslanaraq yazılıb. Akademik Ramiz Mehdiyevin kitabında geniş ensiklopedik məlumatların yer aldığını deyən akademik İsa Həbibbəyli nəşrdə tarixi şəxsiyyətin həyatı haqqında bilinməyən məqamların aydınlaşdırıldığını, böyük fatehin öldürülməsi ilə bağlı müəmmalı məqamlara aydınlıq gətirildiyini və real faktlarla oxuculara təqdim olunduğunu vurğulayıb.

Sonra çıxış edən Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov akademik Ramiz Mehdiyevin əsərləri ilə Azərbaycan elmində yeni bir mərhələni - tarixin fəlsəfəsini yaratdığını diqqətə çatdırıb. O, müəllifin tarixi proseslərə yeni aspektdən nəzərə salaraq, mühüm nəticələr əldə etdiyini bildirib. AMEA prezidentinin müəllifi olduğu əsərlərin ayrı-ayrı məsələlərlə bağlı yeni problemləri üzə çıxardığını söyləyən K.Şükürov akademikin xanlıqlar dövrünə dair yazdığı kitabı nümunə gətirib. "Nadir şahla bağlı problematik olaraq qalan məsələlər akademik Ramiz Mehdiyevin diqqətindən yayınmır və müəllif yeni əsərində onları aydınlaşdırmağa çalışır", - deyə K.Şükürov bildirib.

MEK-in direktoru, professor Məmməd Əliyev isə nəşrin tarixi əsər olmaqla yanaşı, həm də rus dilində çapını yüksək qiymətləndirib. O, bu mövzulara dair rus və digər dillərdə kitablara böyük ehtiyac olduğunu qeyd edib.

Daha sonra kitabın dövrün mühüm tarixi şəxslərinə və hadisələrinə dair şərhlərin müəlliflərindən olan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov çıxış edərək tədbir iştirakçılarını AMEA rəhbəri adından salamlayaraq təşəkkürünü bildirib. O, təqdimatı keçirilən kitabın sənədlərə, ilkin mənbələrə istinad edilərək detektiv janrında yazıldığını və bu cür detektiv araşdırma xarakterli tədqiqat işlərinin Azərbaycan tarixşünaslığında azlıq təşkil etdiyini vurğulayıb. Nadir şahın həkimi olan Lui Bazinin yezuitlər ordeninə mənsub olduğunu diqqətə çatdıran E.Əmirov bildirib ki, ordenin missiyası Şərqdə xristianlığı yaymaq, xristianlığın maraqlarına zərər gətirən proseslərə müdaxilə etmək və xristianlığın düşmənləri ilə mübarizə aparmaq olub.

Sonda tədbir iştirakçıları akademik Ramiz Mehdiyevin kitabının geniş oxucu kütləsi, tarixçilər, mənbəşünaslar, eləcə də Azərbaycanın orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli əsər olduğunu qeyd ediblər.

 

mənbə: science.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap