AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrində islahatlara start verildi

13.02.2021 / Conferences, assemblies

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əli­qu­li­yev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, təh­sil, bey­nəlxalq və icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də gənc alim və mü­tə­xəs­sis­lər şu­ra­la­rının sədrləri işti­rak ediblər.

Gündəliyə əsasən, əvvəlcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət Proqramı və Tədbirlər planından irəli gələn tapşırıqlar müzakirəyə çıxarılıb.

Bu barədə çıxış edən akademik Rasim Əliquliyev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, II Qarabağ müharibəsindən sonra qarşıda duran prioritet məsələ işğaldan azad olunmuş ərazilərin planlı şəkildə bərpasıdır. Alim qeyd edib ki, son zamanlar cənab Prezidentin birbaşa rəhbərliyi ilə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir.

Rasim Əliquliyev bildirib ki, haqqında söhbət açılan Tədbirlər planı FRTEB-in elmi müəssisələrinin qarşısında işğaldan azad edilmiş ərazilərin kompleks şəkildə bərpası üçün elmi tədqiqatların aparılması, o cümlədən əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi, ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, radiasiya fon durumunun tədqiqi, logistika layihələrinin modelləşdirilməsi, Elektron Qarabağ konsepsiya­sı­nın işlənilməsi və reallaşdırılması, eləcə də onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi məsələləri və bu kimi digər mühüm vəzi­fə­ləri qoyur.

Məsələ ilə bağlı çıxış edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi elmi qurumda artıq "AzərEnerji" ASC ilə birlikdə Dağlıq Qarabağ və ətraf rayonların bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlanılıb.

Onlayn iclasda müzakirəyə çıxarılan digər məsələ FRTEB-in elmi müəssisələrinin 2021-ci il üzrə elmi tədqiqat planları olub. Elmi müəssisələrin rəhbərləri öz fəaliyyət planlarını tədbir iştirak­çılarının diqqətinə çatdırıblar. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəssisə­lə­ri­nin cari ildə qarşıya qoyduqları elmi fəaliyyət planları yekdilliklə qəbul edilib.

Ümumi yığıncağın onlayn iclasında müzakirə olunan digər məsələ 2021-ci il, eləcə də 2021-2025-ci illər üzrə elmi tədqiqat planlarına, prioritet elmi istiqamətlərə, xüsusilə də müasir dünyanın çağırışları və ölkəmizin milli maraqlarına müvafiq olaraq, FRTEB-in elmi müəssisələrinin yeni strukturlarının təsdiq edilməsi olub. Qeyd olunub ki, elmi müəssisələrin yeni strukturları bu gün üçün aktual­lığını itirən elmi problemlərdən imtina olunması, müasir və aktual elmi istiqamətlərə uyğun strukturların yaradılmasını zəruri edib. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəs­si­sələrinin yeni struk­turlarının təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Gündəlik üzrə FRTEB-in elmi müəssisələrinin elmi şuralarının yeni tərkibi müzakirə olunub. Bununla bağlı çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, son dövrlərdə cənab Prezidentin sosial, iqtisadi, dip­lo­ma­­tik və di­gər bu kimi çoxsaylı sferalarda apardığı islahatlar AMEA-nın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində də əsas rol oynayır. Bu baxımdan son dövr­lər­də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi-təşkilati fəaliyyətdə ida­rə­et­mə­nin op­ti­mal­laş­dı­rıl­ma­sı, əldə olunan innovativ po­ten­sial­lı el­mi nə­ti­cə­lə­rin istehsalatda çevik tətbiqi, gənc kadr­la­rın ha­zırlanması məqsədilə bir sıra istiqamətlərdə islahatlar həyata ke­çirilir. Onun sözlərinə görə, aparılan müvafiq struktur islahatları nəticəsində elmi təd­qi­qat müəssi­sə­lərinin elmi şuralarının tərkibinin yenidən müəyyənləşdirilməsi zərurəti yaranıb.

FRTEB-in Elmi şurasının üzvləri yekdilliklə məsələnin lehinə səs verərək müvafiq müəs­si­sə­lərin elmi şuralarının yeni tərkibini təsdiq ediblər.

Daha sonra AMEA-nın akademik-katibi, akademik Adil Qəribov AMEA-nın elmi müəs­si­sə­lərinin büdcədən maliyyələşdirilməsi və təchizatı məsələləri ilə bağlı çıxış edib.

Bu və digər məsələlərlə bağlı aparılan müzakirələrdə akademiklər Telman Əliyev, Əli Abbasov, Yusif Məmmədov, Na­zim Məmmədov, Fikrət Əliyev, Ənvər Nəhmədov, AMEA-nın müxbir üzvləri Mi­sir Mərdanov, Oqtay Qasımov, Afiq Hə­sə­nov, Namiq Cəlilov, Ramiz Alıquliyev, Bilal Bi­lalov, Əminağa Sa­dı­qov, Vəli Hüseynov, Qeylani Pənahov, Vaqif İbrahimov yaxından iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər.

FRTEB-in Ümumi Yığıncağı, həmçinin bir sıra kadr məsələsi ilə bağlı müvafiq qərarlar qəbul edib.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

 

mənbə: frteb.science.gov.az

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap