AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Arif Paşayev Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr verir

16.02.2021 / Conferences, assemblies

Bu günlərdə 87 yaşı tamam olan Əməkdar elm xadimi, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev hərtərəfli fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verir.

Arif Mir Cəlal oğlu Paşayev elmi fəaliyyətinə 62 il əvvəl, 1959-cu ildə AMEA-nın Fizika İnstitutunda başlayıb. “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik (1966), "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” (1978) mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Bir sıra nüfuzlu beynəlxalq akademiyaların üzvü olan Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını müəyyənləşdirib. İlk dəfə olaraq yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyib və bu üsulları reallaşdıran elmi cihazlar yaradıb.

Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. “VEKTOR” — Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib. “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə layiq görülüb.

Arif Paşayev 25 ildir ki, Milli Aviasiya Akademiyasına uğurla rəhbərlik edir. Mülki aviasiya üzrə milli kadrların yetişməsində Akademiya misilsiz rol oynayır. Akademik Arif Paşayevin təşəbbüsü ilə bu ali təhsil ocağında tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Akademiya şəhərciyində yeni tədris korpusu, müasir idman kompleksi, tələbə yataqxanası və digər binalar tikilərək istifadəyə verilib.

Akademiyanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.

Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb. Davamlı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarət, sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunması Arif Paşayevin əsas iş prinsipləri və uğurun açarıdır.

Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.

Görkəmli akademik geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insandır.

AzərTac

Tweet
ANNOUNCE
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap