AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”

21.02.2021 / Conferences, assemblies

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarında çıxış etdi.

Bu günün qeyd olunmasının əhəmiyyətini önə çəkən alim bildirdi ki, hazırda qlobal dünyada elə proseslər gedir ki, bəzi dillər daha çox istifadə olunur, nisbətən geniş yayılmayan dillər isə sıradan çıxmaq üzrədir.  “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir” deyən alim müasir dövrdə bu məsələ ilə bağlı dünyada ciddi narahatlıqların olduğunu, bir çox dövlətlərin və alimlərin həyəcan təbili çaldığını dedi.

Bəzi xalqların özünün identikliyini itirmə təhlükəsi ilə üz-üzə olduğunu deyən akademik, cəmiyyətdə multikultural və multilinqual (çoxdilli) mühtin formalaşması, ayrı-ayrı xalqların dillərinin qorunması, həmin dillərdə təhsilin həyata keçirilməsinin müasir dövrdə aktuallıq kəsb etdiyini diqqətə çatdırdı.

Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan alim, Ulu Öndərin Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söylədi.

Akademik R.Əliquliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dilimizin inkişafı, orijinallığının qorunub saxlanması və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərdiyini, bu sahədə məqsədyönlü siyasət apardığını, bir sıra fərman və sərəncamlar imzaladığını bildirdi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Alim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin nəzəri əsasları, tarixi və mövcud vəziyyəti, dilin qorunması və zənginləşdirilməsi ilə bağlı tədqiqatların aparıldığını, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırdı.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumun da Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı aparılan tədqiqatlara elmi dəstək verdiyini qeyd etdi. Bu istiqamətdə İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Milli Terminoloji İnformasiya Sisteminin və terminologiya.az veb-portalının hazırlandığını xatırlatdı.

Akademik qeyd etdi ki, dilin qorunması tək dilçinin deyil, həm də hüquq, informasiya texnologiyaları və digər sahədən olan mütəxəssislərin, alimlərin vəzifəsidir. Həmçinin bildirdi ki, Azərbaycan dilinin təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşımızın mühüm vəzifəsi olmalıdır.

Dilimizə müdaxilələrin artdığı, çoxlu yad sözlərin daxil olduğu bir dövrdə milli terminoloji bazamız üçün müəyyən təhlükələrin yarandığını qeyd edən institut direktoru, bu kimi problemlərin qarşısının alınması, dilimizin mühafizə edilməsi məqsədilə intellektual proqramların hazırlanmasının zəruriliyini vurğuladı.


mənbə: ict.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap