AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

05.03.2021 / Conferences, assemblies

Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “Applied and Computational Mathematics” beynəlxalq jurnalının “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışı dərc olunub.

Ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlıdır. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Qeyd edək ki, jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.

 

mənbə: azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap