İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları onlayn seminarda iştirak etdilər
11.03.2021 / Conferences, assembliesİdarəetmə Sistemləri İnstitutunun Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə və əməkdaşları dosent Anar Rəhimov, dosent Yeganə Əşrəfova və institutun dissertantı, elmi işçi Vüqar Həşimov 10 mart 2021-ci il tarixində akademik Y.Q. Yevtuşenkonun rəhbərliyi ilə onlayn keçirilən “Optimallaşdırma və tətbiqlər” ("Оптимизация и приложения") adlı seminarda iştirak etdilər.
Seminarda professor Aleksandr Yuriyeviç Qornov “Kəsilməz optimallaşdırma. Gələcəyin problemləri, gözləntilər və konturları” mövzusunda məruzə etmiş. Mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.