AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Doktorantura səviyyəsinə xarici dil imtahanları üzrə materialların hazırlanması məqsədilə müsabiqə elan edilib

18.03.2021 / Conferences, assemblies

Xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq namizəd və iddiaçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur. Bunu nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul və fəlsəfə doktoru imtahanları üçün yoxlama-ölçmə materiallarının hazırlanması, namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, müqaviləçi-mütəxəssislər doktorantura səviyyəsinə qəbul və fəlsəfə doktoru imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidirlər:

- sifariş əsasında yoxlama-ölçmə materiallarını tərtib etmək;

- yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;

- danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan materiallarının tərtibində, həmçinin namizədlərin və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsində iştirak etmək.

Doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması və danışıq bacarıq və vərdişlərinin bilavasitə qiymətləndirilməsi ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün ingilis, fransız və alman dilləri üzrə beynəlxalq dil imtahanlarının (IELTS, TOEFL, DELF, DALF, TESTDAF və s.) hər hansı birində iştirak etmiş və danışıq komponenti üzrə ümumavropa dil çərçivə sənədinin (CEFR) C1 və ya daha yüksək səviyyəsinə müvafiq dil sertifikatına sahib olan, müvafiq dillər üzrə fəlsəfə doktoru və ya daha yüksək elmi dərəcəyə malik olan, yaxud da doktoranturada (dissertanturada) təhsilini davam etdirən və ya təhsilini başa vurmuş və xarici dildə yüksək danışıq bacarıq və vərdişlərinə sahib olan şəxslər, həmçinin danışıq bacarıqlarının qiymətləndirilməsi üzrə təcrübəsi olan dil daşıyıcıları müraciət edə bilərlər. Müraciət edənlər xarici dili mükəmməl bilməli, yüksək danışıq bacarığına və gözəl tələffüzə malik olmalı, “Microsoft Office” proqramlarında sərbəst işləməyi bacarmalıdırlar. Bütün dil komponentləri, o cümlədən danışıq üzrə C1 və C2 səviyyələrinə uyğun sertifikata malik olanlara üstünlük verilir.

DİM tərəfindən işə cəlb olunan mütəxəssislər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər. Müraciət edən şəxslərin yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, danışıq bacarıqlarının qiymətləndirilməsi sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə cəlb olunanların təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraq göstərən şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq və xarici dil üzrə sertifikatlarını skan edərək 2021-ci il aprelin 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Doktorantura_elan” yazıb göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

mənbə: azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap