AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Fırtına və fəsillərin dəyişməsi Marsdakı suyu kosmosa aparır

23.03.2021 / Conferences, assemblies

Mars planetinin relyefi və səthinin mineral tərkibi burada suyun vaxtilə az olmadığı fikrini söyləməyə əsas verir. Ehtimal ki, Mars tarixinin erkən vaxtında planetdə su ehtiyatı son dərəcə çox olub – hipotetik qlobal okeanın dərinliyi 500 metrə çata bilərdi. Lakin indi aşağı atmosfer təzyiqi səbəbindən su ya buz halında, ya da buxar halında ola bilər. Sonuncu halda su asanlıqla kosmosa “gedir”. Əlli kilometrdən çox hündürlükdə karbon-dioksidli atmosfer Günəşin ultrabənövşəyi şüalarını tutub saxlaya bilmir, bu şüalar su molekullarını parçalayır, hidrogen atomu birbaşa kosmosa “uçur”.

Uzun illər belə fikir formalaşmışdı ki, suyun hamısı Marsın aşağı atmosferində cəmlənib, hidrogen asta sürətlə yuxarı atmosferə qalxır və onun atmosferdən getməsi prosesi bərabər şəkildə baş verir, yəni ilin fəsillərindən asılı deyil.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, “Mars-Ekspress” kosmik aparatında yerləşdirilmiş SPICAM (The Spectroscopy for the Investigation of the Characteristics of the Atmosphere of Mars) infraqırmızı spektrometrin köməyilə əldə olunmuş məlumat daha mürəkkəb mənzərəni təsvir edir.

2003-cü ildə Baykonur kosmodromundan buraxılmış “Mars-Ekspress” planetin orbiti ətrafında təqribən 8 Mars ilidir ki, dövr edir. Bu müddət ərzində o, Qırmızı planetin səthindən 100 kilometr yüksəklikdəki atmosferdə su buxarının tərkibini bir qayda olaraq ölçür. SPICAM planetin atmosferini “Günəş tutulmaları” rejimində də tədqiq edə bilir. Bunun nəticəsində müxtəlif yüksəkliklərdə su buxarı molekullarının paylanmasını öyrənmək mümkündür. Bu isə atmosferdə ən incə prosesləri, o cümlədən hava kütlələrinin necə hərəkət etdiyini, harada və hansı kimyəvi və fiziki proseslərin baş verdiyini anlamaq üçün vacibdir.

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Eksperimental spektroskopiya laboratoriyasının rəhbəri Anna Fyodrova və onun həmkarları SPICAM-ın məlumatlarını təhlil edərkən bu faktı aşkarlayıblar ki, Mars Günəşdən uzaq məsafədə yerləşdiyi dövrdə su buxarı 60 kilometrdən yuxarı qalxmır. Bu, planet afelidə - Günəşdən ən uzaq orbit nöqtəsində olduğu zaman baş verir. Bu zaman şimal yarımkürəsində yay, cənub yarımkürəsində qış olur. Əksinə, Mars Günəşə ən yaxın nöqtə (cənub qışı zamanı) olan perigeliyə keçəndə su buxarı 90 kilometr hündürlüyə qalxa bilir və buza çevrilmir - Marsda su itkisi artır. Planetin yuxarı atmosferi su ilə zənginləşir və su kosmosa çıxır.

Bundan başqa, tədqiqatçılar 2007-ci və 2018-ci illərdə Marsda qlobal toz fırtınaları zamanı əldə olunmuş məlumatları araşdırıblar. Həmin vaxt atmosfer daha isti və nəm olur, hava kütlələri axını daha intensiv olur və su molekulları 80 kilometrdən çox hündürlüyə qaldırılır.

Tədqiqatçıların fikrincə, Marsda su itkisi prosesi sabit deyil. Son illərin aktiv müşahidələrinə görə, paradiqma dəyişikliyi gedir, modellərdə daimi və daha zəif temp nəzərə alınır. Belə ki, Jan-İv-Şafrenin rəhbərliyi ilə tədqiqat qrupu (LATMOS) Marsda iki il üzrə su itkisi modelini hazırlayıb və nəticələri SPICAM-ın məlumatları ilə müqayisə edib. Bütövlükdə məlumatlar toz fırtınası dövrü istisna olmaqla (model Marsda müşahidə edildiyindən daha aşağı nəticəni təqdim edir) uyğun gəlib. Bu modelə görə, Mars orta hesabla hər milyard ildə təqribən 2 metr dərinlikdə su qatı itirir. Lakin bu model müasir Marsın landşaftını formalaşdıran həmin su həcminin hara getdiyini izah etmək üçün kifayət deyil.

mənbə: azertag.az

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap