AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru seçilib

05.04.2021 / Conferences, assemblies

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun  namizədliyi irəli sürülüb.

Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.

Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cə­miy­yətinin vitse-pre­zi­­denti, Türk dün­yası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dün­yası Ri­ya­ziy­­yat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Bey­nəl­xalq Elmlər Aka­­­demiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elm­­­lər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xa­ri­ci olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mat­he­ma­tics”jurnallarının redaksiya he­yə­tinin üzvü, “Ri­­yaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş re­dak­to­rudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.

Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

 

mənbə: frteb.science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap