AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Elmi Kadrlar” Milli İnformasiya Sisteminin informasiya təminatının vəziyyəti müzakirə olunub

07.04.2021 / Conferences, assemblies

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin informasiya təminatı-nın vəziyyəti müzakirə olunub.
Tədbirdə bu barədə AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva çıxış edib.
İlk öncə Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamını xatırladan Dilquşa Mirzəyeva vurğulayıb ki, həmin Sərəncamın icrası məqsədilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən “Elmi Kadrlar” Milli İnformasiya Sistemi hazırlanıb.
Onun sözlərinə görə, həmin sistemin yaradılması Azərbaycan Milli Elmlər Akademi-yasında elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasi-yanın əlçatanlığının təmin edilməsi, bütövlükdə isə elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin hazırlanması məqsədlərini özündə ehtiva edir.
İclasda həmçinin bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb, informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar İnformasiya Texnologiyaları İnstitutunda müəssisələrin direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin rəhbərləri üçün təlim-seminarları keçirilib. Sistemə daxil edilən məlumatların dürüstlüyünə nəzarəti təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslər təyin olunmuş və onlarla zəruri təlimat işləri aparılıb. Ötən müddət ərzində sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlər davam etdirilmiş və lazımi texniki dəstək göstərilib. Hazırda sistemdə elmi kadr profil məlumatlarının yenilənməsi işləri davam etdirilir.
D.Mirzəyeva qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyatdan keçib. Hazırda 296 nəfər əməkdaşın məlumatları təsdiqlənmə prosesindədir. 494 nəfərin məlumatları çalışdıqları elmi müəssisə tərəfindən sistemdə öz təsdiqini tapıb. O, AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlumatların mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sistemlərə inteqrasiya  olunması və vahid sistemin yaradılması zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodoloji dəstək verilməsi ilə əlaqədar seminar-məşğələlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonda Elmi Kadrlar” Milli İnformasiya Sisteminin istismar vəziyyəti ilə əlaqədar bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

 

mənbə: frteb.science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap