AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-nın müxbir üzvü Ağasi Məlikov kütləvi xidmət-ehtiyatlanma sistemləri nəzəriyyəsinin banisi kimi qəbul olunur

08.04.2021 / Conferences, assemblies

Böyük Krallığın Wiley nəşriyyatında, professor V. Anisimov (Amgen Inc., United Kingdom) və professor N. Limniosun (University of Technology of Compiègne - Sorbonne University Group, France) elmi redaktorluğu ilə iki cildlik “Kütləvi xidmət sistemləri” (İSBN - 9781789450040) məqalələr toplusu ingilis və fransız dillərində çap olunmuşdur. Toplunun 2-ci cildində hindistanlı dünya şöhrətli professor A. Krishnamoorthy və onun tələbələri D. Shajin və V. Narayanan “Müsbət xidmət zamanlı ehtiyatların idarə edilməsi: İcmal” (Inventory with Positive Service Time: A Survey. P. 201-238) məqaləsi çap olunmuşdur.

Həmin məqalədə müəlliflər tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri (kütləvi xidmət-ehtiyatlanma sistemləri) nəzəriyyəsinin yaranması, inkişafı və müasir vəziyyətini analiz etmişlər. Burada müəlliflər qeyd edir ki, bu nəzəriyyənin əsasları 30 il əvvəl amerikalı alimlər K. Sigman (Columbia Universiteti) və D. Simchi-Levi (Massaçusets Texnologiya İnstitutu) və AMEA Idarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, müxbir üzv Ağasi Məlikov tərəfindən bir-birindən asılı olmayaraq qoyulmuşdur. Məqalənin ədəbiyyat siyahısında 150 ədəbiyyat vardır və bunlardan 13 ədədi A. Məlikovun bu sahədə dünyanın müxtəlif aparıcı jurnallarında çap olunmuş məqalələridir. Bu sahədə prioritetin A. Məlikova məxsus olması tanınmış alimlər H. Daduna (Almaniya), W. Yue (Yaponiya) və digərlərinin məqalələrində də dəfələrlə qeyd olunmuşdur.  

Qeyd edək ki, tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri bir sıra real proseslərin, o cümlədən mürəkkəb logistika proseslərinin riyazi modellərinin yaradılmasında geniş şəkildə tətbiq olunur. Bu sahədə A. Məlikovun rəhbərliyi altında artıq bir neçə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur və onun bu istiqamətdə tədqiqatları uğurla davam edir.

ətraflı: https://iste.co.uk/book.php?id=1743

 

 

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap