AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

YT Parkda “Bağ məlhəmi” adlı effektiv məhsul istehsal olunur

12.04.2021 / Conferences, assemblies

Azərbaycanda ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı effektiv məhsulun kütləvi istehsalı həyata keçirilir. Tam yerli xammal bazası əsasında hazırlanmış bu məhsul ölkə iqliminə və müasir tələblərə uyğunlaşdırılmaqla yanaşı, həm də ekoloji cəhətdən də zərərsizdir.

Hər bir bitki növü, xüsusən də meyvə ağacları, yaşadıqları dövr ərzində müxtəlif zədələrə (təbiət hadisələri, insan amili, meyvə ağırlığından və s.) məruz qalır. Qırılma, çatlama və kəsik hissələrində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində, bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır. Beləliklə, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır.

Belə ki, Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Bağ məlhəmi” mart və noyabr aylarında həyata keçirilən budama işləri zamanı meyvə ağaclarında budamadan sonra yaranan göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istifadə olunur.

Preparat bağ şəraitində sınaqdan keçirilir, sınaqlar müsbət nəticə verdikdən sonra bütün parametrlər təyin olunur və analitik mərkəz tərəfindən məhsulun keyfiyyətinə nəzarət edilir. Həmçinin “Bağ məlhəmi” Azərbaycanın bir çox regionlarında budama işləri zamanı uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, “Bağ məlhəmi” həm qiymət, həm də keyfiyyət baxımından xarici analoqlarından daha sərfəlidir.

 

mənbə: science.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap